Bakıda evlərdən yenə oğurluq olub: 30 min dollar və 57 min manat


Bakıda iki evdən 30 min dollar və 57 min manatlıq oğurluq olub.



Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.



Qeyd olunub ki, paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yerləşən evdən 30 min dollar12 min manat oğurlanması barədə zərərçəkən şəxs polisə müraciət edib. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 22 yaşlı qadını saxlayıb.



Analoji hadisə Sabunçu rayonunda da baş verib. Belə ki, evlərin birindən 25 min manat20 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 56 yaşlı İ.Çurin müəyyən edilərək saxlanılıb.



Faktlarla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu