Bakıda evdən 2000 manatlıq samovarlar oğurlandı


Bakıda evdən oğurluq olub.


AFN.az-a DİN-dən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 20-də Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S. Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 1500 manat dəyərində məişət əşyaları, bir həyətyanı sahədən isə 1400 manat dəyərində təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu