Bakıda evdən 23000 manatlıq oğurluq edilib
Evdən 23 min manat dəyərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb. Araşdırma aparılır.