Bakıda şirkətə məxsus yarımstansiyadan oğurluq edilib


Bakıda şirkətə məxsus yarımstansiyadan oğurluq edilib.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4 500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatla əlaqədar keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun “Binəqədi Oil” şirkətinə məxsus yarımstansiyalardan 945 manat dəyərində elektron sayğac, elektrik avadanlıqları, mühafizə hasarından 1114 manat dəyərində 113 metr dəmir boru, bir həyətyanı sahədən isə 1200 manat dəyərində kombi oğurlaması da müəyyən olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu