Trampın 50 günlük müddəti Rusiyaya strateji üstünlük verəcək - KİV

ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün verdiyi 50 günlük müddət Rusiyaya bu qarşıdurmada strateji üstünlük qazandıracaq.
AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, bu müddət ərzində Rusiya qoşunları Krasnoarmeysk istiqamətində (Ukrayna adı ilə Pokrovska - red.) hücum əməliyyatlarını genişləndirə biləcək. Krasnoarmeysk strateji logistik mərkəz olmaqla, onun Rusiyanın nəzarətinə keçməsi böyük bir qələbə hesab ediləcək və Donetsk vilayətinin tam nəzarət altına alınmasına yaxınlaşdıracaq.
Bundan əlavə, nəşrin məlumatına görə, Rusiya qoşunları Sumı istiqamətində də irəliləməyə davam edir və burada Kursk və Belqorod vilayətlərini Ukrayna hücumlarından qorumaq üçün bufer zona yaratmağa çalışırlar.