Ukrayna ordusu bu istiqamətlərdə irəliləyib


Ukrayna silahlı qüvvələri bir neçə istiqamətdə əks-hücum əməliyyatlarını davam etdirir. Müdafiə qüvvələri Donetsk vilayətində Andrivka yaxınlığında, eləcə də Zaporojye vilayətində Rabotino və Verbovoy yaxınlığında irəliləyiblər.



AFN.az xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.

Rusiya qoşunları Kupyansk-Limansk istiqamətində hərbi əməliyyatları gücləndirib və səylərini Luqansk vilayətinin Makeyevka bölgəsində hücum əməliyyatlarına yönəldir.

Xarkov və Luqansk vilayətlərində vəziyyət hələ də gərgindir.

Ukrayna qüvvələri Xarkov vilayətinin Zıbino şəhərinin şimalında Rusiyanın məhdud hücumunu dəf edib.

Həmçinin şərqdə Ukrayna qoşunları viran qalmış Baxmut yaxınlığındakı mövqeləri qaytarmağa çalışır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son açıqlamasında Baxmutun cənubunda uğura nail olduğunu açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu