Ukrayna ordusunun əks-hücum nəticəsində neçə km irəlilədiyi açıqlanıb


Ukrayna Silahlı Qüvvələri son 3 sutkada Xarkov istiqamətində 50 km irəliləyib.



AFN-in məlumatına görə, bu barədə məlumat Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində öz əksini tapıb. Xarkov vilayətində 20 yaşayış məntəqəsinin azad edildiyi bildirilir.

"Rusiya Silahlı Qüvvələri yaralı şəxsi heyəti və zədələnmiş hərbi texnikaları Olxovotka və Borodyarskoe yaşayış məntəqəsindən çıxarmağa çalışır", - deyə səhər xülasəsində qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu