Ukrayna qüvvələri irəliləyir: bu ərazilər azad edildi - XƏRİTƏ
Müharibəni Öyrənmə İnstitutu (ISW) Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində irəliləyişi barədə hesabat yayıb.
Bakupost.az Unian-a istinadən xəbər verir ki, hesabatda Ukrayna ordusunun ən azı 20 kilometr irəliləyərək, sentyabrın 6-7-də 400 kvadrat kilometrə yaxın ərazini geri aldığı bildirilir.
Qeyd olunur ki, artıq Rusiya mənbələri də Ukrayna kəşfiyyat-diversiya qruplarının bəzi yaşayış məntəqələrində əməliyyatlar keçirdiyinə dair xəbərlər dərc edir.
Müharibəni Öyrənmə İnstitutunun hesabatında Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində irəlilədiyi də qeyd olunur: “Ukrayna qüvvələri İzyumdan şimalda Kupyansk istiqamətində Rusiyanın nəzarətində olan ərazidə ən azı 20 kilometr irəliləyərək 6-7 sentyabr tarixlərində təxminən 400 kvadrat kilometr ərazini geri aldı”.
"Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan ərazilərdə - İzyumdan şimala, Kupyansk istiqamətində ən azı 20 kilometr irəliləyərək təxminən 400 kvadrat kilometr ərazini geri alıb. Rusiya mənbələri Ukrayna qüvvələrinin E40 və N26 magistralları ilə cənub-şərq istiqamətində İzyum və Kupyansk istiqamətində irəlilədiyini təsdiq edib. Geolokasiya göstərir ki, Ukrayna qüvvələri həmçinin Balakleya, Verbovka, Yakavenkovo, Voloxovski Yardan (T2210 və E40-ın kəsişməsi) T2110 magistral yolu ilə şimal-şərqə, eləcə də Şevçenkovo istiqamətində irəliləyiblər", - ISW ekspertləri bildiriblər.
Bundan əlavə, analitiklər qeyd ediblər ki, Rusiya mənbələri artıq Ukraynanın kəşfiyyat-diversiya qruplarının Beliy Kolodez, Volçansk, Qnilits qəsəbələrində əməliyyatlar həyata keçirdiyini bildiriblər.