Britaniya kəşfiyyatı: "Ukrayna 3 min kvadrat km-dən artıq ərazini işğaldan azad edib"


“Ukrayna Silahlı Qüvvələri Londondan ən azı iki dəfə böyük ərazini (3 min kvadrat km-dən artıq ərazini) azad edib”.



AFN xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Ukraynanın sürətli hücumu qarşısında Rusiya qoşunlarını Oskol çayının qərbindən, işğal etdiyi Xarkov vilayətindən çıxarmaq əmrini verdiyi ehtimal olunur. Sentyabrın 7-dən Ukrayna Londondan ən azı iki dəfə böyük olan ərazini (3 min kv km-dən çox) geri alıb.

Bildirilib ki, Rusiya hərbçiləri yalnız müdafiə olunmağa məcburdur: “Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları rusiyalı əsgərlərin öz ali hərbi rəhbərliklərinə inamını daha da sarsıdacaq”.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynanın cənubunda - Xerson yaxınlığında Rusiya yetərincə ehtiyatı Dnepr çayı üzərindən cəbhə xəttinə daşımaq üçün mübarizə aparır. Rusiyanın iki həftədən çox əvvəl qurşandırmağa başladığı müvəqqəti üzən körpü üzərində işlər hələ də yarımçıq qalıb: “Ukraynanın uzaqmənzilli artilleriyası Dnepr çayı üzərindəki keçidləri o qədər tez-tez vurur ki, Rusiya zədələnmiş yol körpülərini təmir etməyi çatdıra bilmir.

Ukraynanın cəbhədəki sürətli uğuru Rusiyanın ümumi əməliyyat sxeminə ciddi təsir göstərir.

Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna qüvvələri sentyabrın 6-da Xarkov vilayətində hücum əməliyyatlarına başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu