"Rusiya ordusunun problemləri daha da artacaq" - Britaniya kəşfiyyatı
"Qarşıdakı həftələrdə Rusiya qüvvələri, yəqin ki, bir neçə kiçik şəhəri, o cümlədən Siversk və Dolynanı ələ keçirməyə çalışacaq".
AFN.az "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, Rusiya qoşunları üçün Slovyansk və Kramatorsk şəhər ərazilərinin ələ keçirilməsi əsas məqsəd olaraq qalır.
Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukrayna dövlətinin legitimliyini sarsıdır: "Moskva Ukraynanın işğal olunmuş hissələri üzərində öz idarəçiliyini və inzibati nəzarətini gücləndirməyə çalışmaqda davam edir. İşğal olunmuş Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi Rusiya və Rusiyayönlü rəsmilərin hədəfə alınmasına səbəb olur. Rusiya rəsmilərinin hədəf alınması, çox güman ki, Rusiya ordusunun problemlərini daha da çoxaldacaq. Həmçinin bu, hərbi və təhlükəsizlik birləşmələrinə təzyiqi potensial olaraq artıracaq".