Rusiya Ukraynanın əks-hücumuna hazırlıq görür - kəşfiyyat


Britaniya kəşfiyyatı Ukraynaya qarşı müharibədə Rusiya işğalçı qüvvələrinə aid iki əsas təhlükəyə diqqət çəkib.


AFN.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən "Twitter"də məlumat yayıb. Xüsusilə, 2023-cü il fevralın 7-də açıq mənbələrdən alınan görüntülər Rusiyanın Zaporojye vilayətinin mərkəzi hissəsində və Taraseyevka şəhəri yaxınlığında müdafiəni daha da gücləndirdiyini göstərir.
Bundan başqa, yanvarın 8-dən etibarən Rusiya Vasilyevka və Orihov şəhərləri arasında da müdafiə istehkamları yaradıb. Britaniya kəşfiyyatı Ukraynaya qarşı müharibədə Rusiyanın işğalçı qüvvələrinə cari iki əsas təhlükəyə diqqət çəkib. "Mövcud əməliyyatlarda diqqətin əsasən Donbas bölgəsinə yönəlməsinə baxmayaraq, Rusiya özünün genişlənmiş cəbhə xəttinin kənarlarında təhlükəsizliyin təmin edilməsindən narahatdır", - məlumatda belə deyilir.
"Zaporojye və Luqansk vilayətlərində davam edən müdafiə istehkamlarının tikintisi və şəxsi heyətin yerləşdirilməsi bunu sübut edir. Rusiyanın Ukraynadakı cəbhə xətti təxminən 1288 km-dir. Zaporojye rayonunun işğal olunmuş hissəsinin uzunluğu192 km-dir".
"Ukraynanın Zaporojye vilayətində böyük irəliləyişi Rusiyanın Rostov vilayəti ilə Krımı birləşdirən quru əlaqəsinin həyat qabiliyyətinə ciddi təhlükə yaradacaq. Ukraynanın Luqansk vilayətindəki uğuru Rusiyanın Donbası "azad etmək" kimi elan etdiyi hərbi məqsədini daha da sarsıdacaq", - Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında belə qeyd edilir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu