Britaniya kəşfiyyatı: "Rusiyanın Ukraynaya hücumu məhdudlaşdırılıb"
"Maddi-texniki problemlər və Ukrayna Silahlı Qüvvələrinin aktiv əks-hücumları Rusiyanın hücum imkanlarını məhdudlaşdırır".
Bu barədə Britaniya Müdafiə Nazirliyi Britaniya kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.
"Ukraynanın davamlı əks-hücumları Rusiyanı tədarük marşrutlarını qorumaq üçün çoxlu sayda hərbçilərdən istifadə etməyə məcbur edir. Bu, Rusiyanın hücum potensialını ciddi şəkildə məhdudlaşdırır", - bəyanatda deyilir.
Britaniya Polşada "Sky Saber" hava hücumundan müdafiə sistemi yerləşdirirQeyd edilir ki, bundan əlavə, Rusiya ordusunun maddi-texniki təminatı ilə bağlı da problemlər yaranıb.
Britaniya kəşfiyyatı qeyd edir ki, “keçilməz ərazilərdə manevr etmək imkanlarının azalması, havaya nəzarətin olmaması və körpülərdən istifadə imkanlarının məhdudluğu Rusiyanın irəli bölmələri hətta qida və yanacaq kimi əsas ehtiyaclarla effektiv şəkildə təmin etməsini çətinləşdirir”.
Xatırladaq ki, bir müddət öncə Ukrayna Müdafiə Nazirliyi bəyan etmişdi ki, rusların təchizat, yanacaq daşıyan texnikaları ilə bağlı çətinlikləri var və əksər yerləşmə yerlərində maddi-texniki təchizat məhv edilib. (AzVision.az)