Rusiya gücünü itirib, uğurlu əməliyyatlara imkanı yoxdur - Britaniya kəşfiyyatı


“Rusiya hazırda uğurlu hücumlar üçün lazım olan silah-sursat və manevr imkanlarına malik deyil”.


AFN.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatları əsasında bildirib. Qurumdan qeyd edilib ki, əvvəlki həftələrdən fərqli olaraq, Rusiya qüvvələri bu həftə ərzində cəmi bir neçə yüz metr irəliyişə nail ola bilib. Buna səbəb isə artıq Rusiyanın gücünün zəifləməsidir. Britaniya MN-dən bildirilib ki, Rusiyada hərbi-siyasi elita genişmiqyaslı irəliləyişlər tələb etsə də, qarşıdakı həftələr ərzində müharibənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün gərəkən qüvvələri toplayacağı ehtimalı azdır.

Bütün bunlara baxmayaraq, Rusiya Ukraynada böyük hücum əməliyyatlarına yenidən başlamağa cəhd edir. “Məqsəd Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissələrini ələ keçirməkdir” - deyə kəşfiyyat məlumatında qeyd edilir.

Bundan əvvəl isə ABŞ kəşfiyyatı qarşıdakı 6 ayın müharibənin taleyi üçün həlledici əhəmiyyətə malik olduğunu bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu