Rusiya Ukrayna ilə müharibədə yeni mərhələyə başlayıb - Britaniya kəşfiyyatı


Rusiya hələ də Ukraynaya tam nəzarət etmək istəyir. Son həftələrdə müharibənin yeni mərhələsinə başlayıb.


AFN.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinə istinadən "RBC Ukrayna" məlumat yayıb. Britaniya kəşfiyyatına görə, Rusiyanın Ukraynadakı strateji hədəfi 2014-cü ildən bəri dəyişməz qalıb: qonşusu üzərində nəzarəti bərqərar etmək. 2014-2021-ci illərdə Donbassda elan olunmamış müharibəyə və Krımın ilhaqına qızışdıraraq təxribat fəaliyyəti ilə bu məqsədinə nail olub.

Qısa məlumatda qeyd edildiyi kimi, 2022-ci il fevralın 24-də Rusiya bütün ölkəni ələ keçirmək və hökumətini devirmək üçün yeni yanaşma nümayiş etdirərək genişmiqyaslı işğala başlayıb. 2022-ci ilin aprelinə qədər Rusiya bunun uğursuz olduğunu başa düşdü və diqqətini Donbass və cənub üzərindəki hökmranlığını genişləndirməyə və rəsmiləşdirməyə yönəltdi. Bununla da Kreml yavaş və çox baha başa gələn irəliləyiş əldə edib.

"Son həftələr Rusiya yenidən yanaşmasını dəyişdi. İndi onun kampaniyası böyük ehtimalla Ukrayna silahlı qüvvələrini zəiflətmək məqsədi daşıyır, nəinki əhəmiyyətli yeni əraziləri ələ keçirməkdir", - deyə hesabatda qeyd edilir.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiya rəhbərliyi, Rusiyanın əhali və resurslar baxımından üstünlüklərinin Ukraynanı son nəticədə tükəndirəcəyinə inanaraq, uzunmüddətli əməliyyat keçirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu