Britaniya kəşfiyyatı: "Rusiya şəxsi heyət və texnika çatışmazlığından əziyyət çəkir"


"2014-cü ildən bəri Prezident Vladimir Putin Rusiyanın Ukraynadakı təsirini artırmaq və bu dövlətin suveren işlərinə müdaxilə etməkdən ötrü güc yolundan istifadə edir".



AFN xəbər verir ki, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirliyin kəşfiyyat məlumatlarında xatırlanıb ki, Rusiya Ukrayna hökumətini devirmək və ölkənin böyük bir hissəsini tutmaq məqsədilə altı ay əvvəl bu ölkəyə tam şəkildə müdaxiləyə başlayıb: "Donbasa hücum nəticəsində minimum irəliləyiş əldə olunub. İndi Rusiya Ukraynanın böyük əks-hücumunu gözləyir. Rusiya şəxsi heyət və texnika çatışmazlığından əziyyət çəkir. Rusiya qoşunlarında əhval-ruhiyyə zəifdir. Ordu əhəmiyyətli dərəcədə deqradasiyaya uğrayıb. Rusiyanın diplomaik gücü azalıb və uzunmüddətli iqtisadi perspektivi sual altındadır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu