Britaniya MN: "Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin 54 fazini geri qaytarıb"
“Ukrayna Rusiyanın fevralın 24-dən bəri ələ keçirdiyi ərazilərin, təxminən, 54%-ni azad edib”.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya hazırda Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin, o cümlədən 2014-cü ildən nəzarətində olan Donbas və Krım bölgələrinin, təxminən, 18%-nə nəzarət edir.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.