Rusiya Ukraynanı yavaş-yavaş "yeyir" - Politoloq


Əslində Rusiya buna çoxdan hazırlaşırdı. Rusiya ordusu ancaq geri çəkilirdi. Məğlubiyyətin əvəzini çıxmaq üçün fürsət axtarırdı. Rusiya Ukraynanı yavaş-yavaş "yeyir".

Bunu AFN.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, Krım körpüsündəki olaydan Rusiya yararlanmağa başlayıb: "Bu gün Rusiyada yükün hardan gəldiyi, maşının necə keçməsi və. s məsələləri gündəmə gətirməklə terrora hüquqi don geyindirməyə çalışılır. Ardınca müxtəlif raket və İrandan alındığı yeni silahlardan istifadə etməklə məğlubiyyətini kompensasiya etmək istəyir. Çünki Rusiya belə məğlubiyyəti gözləmirdi. Buna görə də Rusiyanın təpkisi anlaşılandır. Ukrayna Rusiyanın hazırkı hücumuna davam gətirə bilməyəcək. ABŞ əvvələr Ukraynaya sürətli yardımlar edə bilirdisə, indi Rusiyanın əməli ilə bundan məhrum olub".
C.Nuriyevin sözlərinə görə, Zelenski vaxtında Ukraynanı tərk etmiş olsaydı, ölkəni xilas etmiş olardı: "Ukrayna Prezidenti peşəkar siyasətçi deyil. Komandası ilə ele bilirdi ki bu bir şoudur. Amma siyasət şounu sevmir. Hazırda Ukrayna məhvə doğru gedir. Zelenski və komandası da bununla məşğuldur. Ukrayna hərtərəfli məğlubiyyətini qəbul etmək ərəfəsindədir".

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu