Rusiya ilk dəfə Mariupolda bunu etdi


Rusiya qüvvələri Ukraynanı işğal etdikdən sonra ilk dəfə liman şəhəri Mariupolda uzaqmənzilli bombardmançılardan istifadə ediblər.


Bu haqda Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bildirib.

Onun sözlərinə görə, Rusiya bu silahlardan Mariupol və Ukraynanın cənub-şərqindəki daha iki şəhəri ələ keçirmək cəhdləri zamanı istifadə edib.

Qeyd edək ki, Rusiya qüvvələri Mariupolu ələ keçirsələr, Moskva Ukraynanın Krım yarımadasına dəhliz yarada bilər və Ukraynanı əsas limanlarından birindən məhrum edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu