Zelenski işğaldan azad olunmuş şəhərə getdi - FOTO


Çərşənbə günü, sentyabrın 14-də Ukrayna desantları tərəfindən azad edilən Xarkov vilayətinin İzyum şəhərində Ukrayna bayrağı qaldırılıb. Ukrayna dövlətinin başçısı Vladimir Zelenski də oraya gedib.

AFN xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.


“Şənliklərdə Ukrayna prezidenti Vladimir Zelenski, müdafiə nazirinin müavini Anna Malyar, bir neçə gün əvvəl şəhəri rus işğalçılarından azad edən Ukrayna Silahlı Qüvvələrinin və digər təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər”, - məlumatda deyilir.


Bayram şənliklərinin əvvəlində iştirak edənlər həlak olan müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra dövlət başçısı işğaldan azad olunmuş Ukrayna torpaqlarına görə əsgərlərə təşəkkür edib, təntənəli mərasimlə Ukrayna bayrağını Şəhər Şurası üzərində qaldırıb.


Xatırladaq ki, sentyabrın 10-da Ukrayna Silahlı Qüvvələri Balakleyadan cənub-şərq istiqamətində irəliləyərək İzyuma yaxınlaşıb.

Sentyabrın 11-də Ukrayna əsgərləri Xarkov vilayətinin İzyum şəhərinin mərkəzində dövlət bayrağını qaldırıblar. İzyum mart ayında işğal olunmuşdu.


Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Xarkov vilayətindən geri çəkildiyini etiraf edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu