Zelenski azad olunan yaşayış məntəqələrinin sayını açıqladı


Ukrayna artıq 1800-dən çox kənd və qəsəbəni rus işğalçılarından azad etməyə nail olub.


AFN.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radada çıxışı zamanı belə deyib. Ukraynada 1800-dən çox şəhər və kəndi artıq işğalçıdan azad edə bilmişik. Döyüş meydanında Rusiya zülmünə qalib gəlməkdə bizə kömək edən bütün dövlətlərə təşəkkür edirəm”, - deyə Zelenski bildirib.
“Bu gün Ukrayna əsgərləri sübut edirlər ki, böyüklük nə dövlətin ölçüsündən, nə raket ehtiyatından, nə də kimisə nəyəsə məcbur etmək bacarığından asılı deyil. Böyüklük öz yurdunu müdafiə edənlərin, xalqının azadlığını müdafiə edənlərin mətanətindən gəlir.
Ukrayna əsgərləri işğalçıları Kiyevdən qovdu. Bu, genişmiqyaslı müharibədə ilk dönüş nöqtəsi oldu və bu, bizim müqavimətimizin gücünü göstərdi”-deyə dövlət başçısı əlavə edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu