Tramp: NATO artıq köhnəlmiş təşkilat deyil


ABŞ Prezidenti Donald Tramp NATO-nun artıq köhnəlmiş bir təşkilat olmadığını bildirib.



AFN.az xəbər verir ki, bu barədə o, BBC telekanalına verdiyi müsahibəsində deyib.



“Düşünürəm ki, NATO indi tam əksinə bir təşkilata çevrilir, çünki alyans ölkələri artıq öz hesablarını özləri ödəyirlər”, – deyə Tramp vurğulayıb.



ABŞ lideri əlavə edib ki, hələ də kollektiv müdafiəyə inanır: “Çünki bu, kiçik dövlətlərə daha böyük ölkələrdən qorunmaq üçün imkan yaradır.”



Xatırladaq ki, Tramp prezidentliyinin ilk dövründə NATO-nu “köhnəlmiş təşkilat” adlandırmış və üzv ölkələrin müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirmədiklərini iddia etmişdi. Onun sözlərinə görə, bu səbəbdən ABŞ daha çox məsuliyyət daşımaq məcburiyyətində qalmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu