Sülhməramlı Xankəndi-Xocalı yolunda qəza törətdi - 4 nəfər öldü


Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib.


“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ. Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməni, 1996-cı il əvvəlüdlü E. Y-nin “VAZ-2107” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Elə həmin avtomobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.

İstintaq Komitəsi qəzanın təfərrüatlarını aydınlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu