Masallıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var


Masallıda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.


Bu barədə AFN.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, dekabrın 13-də saat 18 radələrində rayonun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi "VAZ 21011" markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, "VAZ 21011" markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu