Leysan yağış Mardini də "vurdu": 11 yaşlı uşaq itkin düşdü


Türkiyənin Mardin vilayətində yağan güclü yağışlar nəticəsində 11 yaşlı uşaq itkin düşüb.


AFN.az Türkiyə mediasına xəbər verir ki, Qızıltəpə rayonunun Çatalca kəndində yaşayan 11 yaşlı Fatma Sezer məhəllədən keçən Cırcıp çayına düşüb. Onun tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. Bundan əlavə, leysan yağışdan sonra Büyükboğaziye Məhəlləsi çölündə bəzi evləri və Küçükboğaziye Məhəlləsi kənd ibtidai məktəbini su basıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu