Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı 36-ya çatıb - YENİLƏNİB


Braziliyanın San-Paulu əyalətində leysan yağışları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, çox sayda insanın itkin düşdüyü bildirilir.

Son sutka ərzində bölgəyə aylıq yağıntı düşüb, ən çox zərər çəkən San Sebastian və Bertioqada bu rəqəm rekord həddə - 627 və 683 mm-ə çatıb.

***

Braziliyada yağan leysan yağışlar onlarla insanın həyatına son qoyub.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin San-Paulu ştatının şimal sahillərində güclü yağışlar qeydə alınıb. Leysan yağışlar nəticəsində azı 24 nəfər ölüb, onlarla insan itkin düşüb. Hesablamalara görə, son bir sutka ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. "Təbii fəlakət daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun sıradan çıxmasına səbəb olub.

Ştatın paytaxtı San-Paulu şəhərini sahilə yaxın ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən əsas magistral yollar dağıldığı üçün əlaqə kəsilib. Müvafiq qurumların verdiyi məlumatlara görə, onlarla insan dağıntılar altında qalıb.

Leysan yağışlarından xəsarət görən 5 bələdiyyədə fövqəladə vəziyyət elan edilib, insanlara evlərini tərk etməmək tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu