İspaniyada güclü yağışlar nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb


İki gündür İspaniyanın mərkəzi və cənub bölgələrinə yağan güclü yağışlar nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə itkin düşüb.


İspaniyanın Kastilya-La-Mança muxtar hökumətinin başçısı Emiliano Qarsiya Peyc leysan yağışların Toledo şəhərinin Casarrubios del Monte rayonunda ciddi dağıntılara səbəb olduğunu və avtomobildə sıxışan bir nəfərin öldüyünü açıqlayıb.

Paytaxt Madridin Aldea del Fresno rayonunda Alberche çayına düşən avtomobildə olan 2 nəfərin itkin düşdüyü bildirilib.

Şiddətli yağış nəticəsində bəzi yol və körpülərin çökdüyü Castilla La Mancha, Castilla y Leon, Madrid, Extremadura bölgələrində bir çox ara yolların nəqliyyata bağlandığı, Madrid-Əndəlüs və Madrid-Kastilya La Mançada da bağlandığı açıqlanıb.

Yağışlar səbəbindən bir çox ev və iş yerləri su altında qalıb.

Meteoroloqlar yağışlı havanın axşam saatlarından etibarən ölkəni tərk edəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu