Bakıda qazi nazirlik əməkdaşı olan digər qazini yumruqla vurdu - VİDEO


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, Vətən müharibəsi iştirakçısı qazi Namiq Babayev digər Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb.


AFN.az xəbər verir ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə əlillik dərəcəsi almaq üçün komissiyaya müraciət edib. Komissiyada olan zaman digər qazi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Namiq Babayevlə aralarında mübahisə yaranıb. Bu zaman Rəvan Nəbizadə yumruqla Namiq Babayevə xəsarət yetirib. Yaranmış insident hadisə yerində olan vətəndaşlar və polis tərəfindən yatırılıb.

Qanunazidd əməllərlə bağlı hüquq mühafizə orqanına müraciət edilib.

Hadisənin sosial şəbəkələrdə yayılmış videosunu təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu