Fransada qaya uçdu, İtaliyaya qatarların hərəkəti dayandı


Fransanın İtaliya ilə sərhədindəki Savoya bölgəsində torpaq sürüşməsi nəticəsində dağdan iri daşların düşməsi nəticəsində bölgəni İtaliya ilə birləşdirən qatarların hərəkəti avqustun 30-u çərşənbə gününə qədər dayandırılıb.


Fransanın BFMTV telekanalının xəbərinə görə, Sent-Mişel-de-Mauryen və Modan bölgələri arasında sürüşmə baş verib.

Sürüşmə zamanı Sen-Andre dağından daşlar yola və dağın ətəyində relslərə qalaqlanıb.

Hadisədə can itkisi olmasa da, bölgədə qatarların hərəkəti tamamilə dayandırılıb.

Sosial mediada paylaşılan görüntülərdə avtomobillərin yoldan keçməsi zamanı sürüşmə baş verir, daha sonra ərazidən böyük toz buludu qalxır.

Fransanın dəmir yolu şirkəti SNCF, relslərə yığılan torpaq sürüşmələri səbəbiylə dağdan düşən qayaların bölgədə İtaliya da daxil olmaqla qatar səfərlərinin dayandırıldığını açıqlayıb.

Bildirilib ki, aparılan işlərlə əlaqədar uçuşların avqustun 30-dan, çərşənbə günündən əvvəl başlaması nəzərdə tutulmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu