Nigeriyada qayığın batması nəticəsində 6 nəfər ölüb


Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın çevrilməsi nəticəsində 6 nəfər həyatını itirib.


Milli mətbuatın məlumatına görə, Nigerin Zamare kəndində sərnişinləri daşıyan qayıq həddindən artıq yüklənmə səbəbindən çayda batıb.

İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər həyatını itirib, bir çoxu isə itkin düşüb.

Qayıqda neçə nəfərin olduğu hələ məlum olmasa da, rəsmilər axtarışların digər sərnişinlərin tapılmasının davam etdiyini bildirib.

Ölənlərin sayının artacağından ehtiyatlanır.

Nigeriyada yağışlı mövsümdə çaylarda qayıq qəzaları baş verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu