Azərbaycanda külək kollecin damını uçurdu


Külək Tovuzda fəsadlara yol açıb.


APA-nın məlumatına görə, axşam saatlarında başlayan külək Tovuzun Qovlar şəhərində yerləşən beşmərtəbəli Tovuz Dövlət Sosial İqtisadi Kollecinin dam örtüyünü yerə salıb.

Rayon mərkəzində bir neçə iri gövdəli ağac aşıb,rayonda elektrik enerjisinin verilməsi dayanıb.

Güclü külək Qazax və Ağstafada da bir sıra fəsadlar törədib. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu