Borussia Dortmund çempionluğu Bavariyaya hədiyyə etdi


Almaniya Bundesliqasının son həftəsinə 2 xal irəlidə girən Borussia Dortmund, Mainz 05 ilə 2-2 bərabərə qalaraq çempionluğu “Bavariya”ya hədiyyə edib.


AFN.az xəbər verir ki, səfərdə “Köln”ə 2:1 hesabı ilə qalib gələn Münhen təmsilçiləri, ardıcıl 11-ci çempionluğuna yüksəlib.

Almaniya Bundesliqasının 34-cü və son həftəsində Dortmund “Borussiya”sı “Maynts 05”lə qarşılaşıb. “Siqnal İduna Park”da keçirilən görüşün 15-ci dəqiqəsində “Maynts” Andreas Hançe-Olsenin qolu ilə 1:0 önə keçib. Borussiya Dortmundda 19-cu dəqiqədə penalti zərbəsindən istifadə edən Sebastyan Haller qapıçı Finn Dahmeni keçə bilməyib. Oyunun 24-cü dəqiqəsində “Maynts” Kərim Onisivonun qolu ilə fərqi ikiyə çatdırıb və ilk hissə bu hesabla başa çatıb. "Borussiya Dortmund"da Rafael Qerreyro 69-cu dəqiqədə vurduğu qolla hesabı 2-1 edib. Sarı-qaralar 90+6. dəqiqədə Niklas Süle ilə hesabı bərabərləşdiriblər. Mübarizənin qalan hissəsində başqa qol olmayıb və komandalar meydanı 2:2 hesablı heç-heçə ilə tərk ediblər.

Günün eyni vaxtda oynanılan digər matçında isə Bayern Münhen səfərdə Köln klubunu Kingsley Comanın 8-ci və Camal Musialanın 89-cu dəqiqədə vurduğu qolla 2-1 hesabı ilə məğlub edib. "Köln"ün yeganə qolu 81-ci dəqiqədə penaltidən Deyan Lyubiçiçdən gəlib.

Bu nəticələrdən sonra xalını 71-ə çatdıran "Bavariya" mövsümü lider kimi başa vuraraq, ardıcıl 11-ci çempionluğunu elan edib.

“Borussiya Dortmund” 70 xalla ikinci pillədə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu