"Bayer" "Borussiya"ya qalib gələrək Bundesliqada 2-ci yerə yüksəldi


Leverkuzendə Almaniya Bundesliqasının 17-ci turunun matçı keçirilib.



“Report” xəbər verir ki, "Bayer" "Bay-Arena" stadionunda Dortmund "Borussiya"sını qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab birinci hissədə açılıb. Matçın 14-cü dəqiqəsində Mussa Diabi "Bayer"i hesabda irəli çıxarıb. İkinci hissənin ortalarında Yulian Brandt hesabdakı bərabərliyi bərpa edib, amma Florian Virs görüşünün sonuna yaxın qələbə qolunu vurub.

"Bayer" son beş matçda birinci dəfə qələbə qazanıb. Komanda 32 xal yığaraq Bundesliqanın yarış cədvəlində ikinci yerə yüksəlib. Leverkuzen klubu lider "Bavariya"dan dörd xal geri qalır. "Borussiya" 29 xalla dördüncü yer tutur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu