Azərbaycan 6 beynəlxalq seçkidə qələbə qazandı


Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.

AFN.az xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

6 seçki siyahısı aşağıdakı kimidir:

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə)

BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə)

BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu