İsveçrə 2028-ci ilə qədər Ukraynanın yenidən qurulmasına 1,5 milyard frank ayıracaq
![](/uploads/posts/2025-02/isvecre2.jpg)
İsveçrə hökuməti Ukraynanın yenidən qurulması, islahatları və davamlı inkişafının dəstəklənməsi üzrə 12 illik proqram çərçivəsində 2025-2028-ci illər arasında Kiyevə 1,5 milyard İsveçrə frankı (1,65 milyard dollar) ayrılması barədə qərar qəbul edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə hökumətin məlumatında deyilir.
“12 fevral 2025-ci il tarixli iclasda Federal Şura Ukrayna üçün ölkə proqramının prioritetlərini müəyyən etdi. Bura mülki əhalinin qorunması, sülhün əldə edilməsi, iqtisadiyyatın yenidən qurulması və institutların gücləndirilməsi daxildir. Bu məqsədlər üçün 2028-ci ilə qədər beynəlxalq əməkdaşlıq büdcəsindən 1,5 milyard İsveçrə frankı ayrılıb. Federal Şuranın Ukrayna üzrə nümayəndəsi səfir Jak Gerber ölkə proqramının həyata keçirilməsinə cavabdehdir”, - deyə sənəddə qeyd olunur.