İsveçrə parlamenti Ukraynaya 5,6 milyard dolların ayrılması təklifini rədd edib


İsveçrə parlamenti Ukraynanın 5 milyard frank (təxminən 5,6 milyard dollar), İsveçrə ordusunun isə 10 milyard frank (təxminən 11,2 milyard dollar) ayırmalı olduğu 15 milyard frank (təxminən 16,8 milyard dollar) həcmində xüsusi fondun yaradılması təklifini rədd edib.


İsveçrə parlamentinin kiçik palatasının təhlükəsizlik komissiyası tərəfindən irəli sürülən bu təşəbbüs səs çoxluğu ilə rədd edilib. Parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə, təhlükəsizlik fondunun yaradılması 15 əleyhinə 28 səslə rədd ediıib. "Güman edilirdi ki, bu fonddan ordu 2030-cu ilə qədər əlavə 10 milyard frank, Ukrayna isə 5 milyard frank alacaq" - deyə məlumatda bildirilir.

Bu təşəbbüs kiçik palatanın təhlükəsizlik komissiyası tərəfindən irəli sürülüb. Komissiya adından onu təqdim edən Mərkəz Partiyasının deputatı Marianne Binder-Keller iddia edib ki, fond Ukraynaya özünün kritik infrastrukturunun təmiri və saxlanmasına kömək etmək, həmçinin ordunun müdafiə qabiliyyətini gücləndirmək üçün lazımdır.

Bununla belə, təşəbbüs son nəticədə İsveçrə hökuməti və kiçik palata üzvlərinin əksəriyyəti tərəfindən dəstək almayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu