İsveçrə hökuməti UBS banka "Credit Suisse"ni almaq üçün nəhəng məbləğ ayırdı


İsveçrə hökuməti UBS banka "Credit Suisse"ni almaq üçün nəhəng məbləğ ayırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə UBS tərəfindən bu məqsədlə ümumi məbləği 109 milyard frank (118,8 milyard dollardan çox) olan kredit zəmanətlərini təsdiqləyib. Bu barədə hökumətin saytında dərc olunmuş məlumatda deyilir. "Federal Şura martın 29-da keçirilən iclasında İsveçrə Milli Bankının xeyrinə iki təcili kredit öhdəliyinin açılmasına dair xüsusi mesaj qəbul edib", - deyə məlumatda qeyd edilib. Bildirilir ki, ümumilikdə 109 milyard frank olan bu iki kredit 2023-cü il büdcəsi ilə bağlı kreditlərə əlavədir. Söhbət İsveçrə Konfederasiyasının maliyyəsinə birbaşa təsir göstərməyən təminatlardan gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu