İsveçrə Rusiyanın şəxsi aktivlərinin müsadirə edilməsini konstitusiyaya zidd elan edib


İsveçrə hökuməti Federal Ədliyyə İdarəsi tərəfindən yaradılmış işçi qrupunun nəticələrinə istinad edərək bildirib ki, Rusiyanın şəxsi aktivlərinin müsadirəsi İsveçrə konstitusiyasına və mövcud hüquqi nizama xələl gətirəcək.


AFN.az Reuters-ə istinadən xəbər verir ki, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi bir müddət əvvəl İsveçrənin Rusiyaya qarşı sanksiyalar çərçivəsində 7,5 milyard İsveçrə frankı (8,13 milyard dollar) dəyərində maliyyə aktivlərini dondurduğunu açıqlayıb. "Dondurulmuş aktivlərlə bağlı müzakirələrdən asılı olmayaraq, Ukraynaya dəstək davam edəcək", - İsveçrə Federal Şurasından bildirilib.

Məsələnin müzakirəsi üçün yaradılmış işçi orqan bəyan edib ki, İsveçrə qanunvericiliyinə əsasən hüquqi mənşəli şəxsi aktivlərin təzminatsız özgəninkiləşdirilməsinə icazə verilmir. İsveçrə Ədliyyə Nazirliyi bildirib ki, dondurulmuş şəxsi aktivlərin müsadirəsi Federal Konstitusiyaya və mövcud hüquqi nizama ziddir və İsveçrənin beynəlxalq öhdəliklərini pozur. "Digər ölkələrin də oxşar konstitusion hüquq və təminatları var" - deyə açıqlamada qeyd edilir.

Bundan əvvəl İsveçrə bankları da müsadirəyə qarşı çıxıblar. "Bu gün müsadirə üçün heç bir hüquqi əsas yoxdur", - İsveçrə Bankirlər Assosiasiyası bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu