İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində avadanlıq göndərəcək


İsveçrə Ukraynaya dağıntıları təmizləmək üçün ümumi məbləği 5,6 milyon İsveçrə frankı (təxminən 6,55 milyon dollar) dəyərində 30 yükləmə-boşaltma maşını və yanğınların söndürülməsi üçün eyni sayda su nasosu bağışlayacaq.


Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 5,6 ​​milyon frank dəyərində olan bu avadanlıq Federal Müdafiə, İctimai Mühafizə və İdman Nazirliyi tərəfindən hədiyyə edilib. İsveçrə Xarici İşlər Nazirliyinin struktur bölməsi olan İnkişaf və Əməkdaşlıq Direktorluğu avadanlıqların təyinat yerinə daşınmasının maliyyələşdirilməsini öz üzərinə götürüb.

Yük yaxın günlərdə dəmir yolu vasitəsilə göndəriləcək və Ukrayna Daxili İşlər Nazirliyinin mülki müdafiə orqanları qəbul edəcək.

İsveçrə bu cür avadanlıqları artıq 2022-ci ilin oktyabrında tədarük edib. 2022-ci ilin fevral ayından etibarən İnkişaf və Əməkdaşlıq Direktorluğu müdafiə departamenti ilə əməkdaşlıq edərək Ukraynaya təxminən 1200 ton müxtəlif material göndərilib. "Bu fəaliyyət İsveçrənin Ukrayna ilə bağlı ümumi öhdəliyinin bir hissəsidir. 2022-ci ilin fevralından bəri İsveçrənin yardımı 477 milyon frank (təxminən 558 milyon dollar) təşkil edib" - deyə materialda qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu