Rubio Çin XİN rəhbəri ilə görüşünü konstruktiv və müsbət adlandırıb


ABŞ dövlət katibi Marko Rubio bu gün Kuala-Lumpurda ASEAN çərçivəsində keçirilən toplantılar zamanı Çin XİN başçısı Van İ ilə görüşüb.



AFN.az xəbər verir ki, dövlət katibi görüşü "konstruktiv və müsbət" adlandırıb.



"Çox konstruktiv bir görüş keçirdik. Təbii ki, biz iki böyük və güclü ölkəyik, həmişə mübahisəli mövzular olacaq. Amma hesab edirəm ki, əməkdaşlıq üçün potensial sahələr var. Mən bunu çox konstruktiv və müsbət bir görüş hesab edirəm. Görəcəyimiz çox iş var," – deyə Rubio, Van Yi ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.



Dövlət katibi əlavə edib ki, ABŞ ilə Çin arasında hələ də həll edilməli problemlər mövcuddur. Onun fikrincə, hər iki tərəf daimi əlaqədə olmalı və yığılan ziddiyyətləri həll etməyə yollar axtarmalıdır, çünki "başqa cür mümkün deyil."



"Bu görüşün keçirilməsindən məmnunam. Çox iş görülməlidir. Heç kim demir ki, bu asan olacaq, amma müəyyən sahələrdə bizim əməkdaşlıq üçün imkanlarımız var və bu, münasibətlərimizə yeni impuls verə bilər," – deyə Rubio vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu