PKK döyüşçülərinin silahsızlaşdırılması prosesi başlayıb


İraqın Süleymaniyyə əyalətində, Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) ilk qrup döyüşçüsünün silahsızlaşdırılması prosesi başlayıb.



AFN.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.



Mətbuatın da iştirak etdiyi tədbir Süleymaniyyə əyalətinin Raparin bölgəsində keçirilir.



Bu dəqiqələrə olan məlumata görə, silahsızlaşdırma prosesi faktiki olaraq başlayıb.



İlk təslim olan qrupda PKK-nın bəzi rəhbər şəxslərinin də olduğu qeyd edilib.



Siyasi xadimlərlə yanaşı, bir sıra vətəndaş təşkilatlarının nümayəndələri də İraqa səfər edib. Türkiyədən silahsızlaşdırma mərasimində iştirak etmək üçün təxminən 150 nəfər gəlib. Bu səfər, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının koordinasiyası ilə həyata keçirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu