Tramp: da Silva ilə gömrük rüsumları mövzusunu müzakirə edə bilərik


ABŞ prezidenti Donald Tramp gələcəkdə Braziliya prezidenti Luiz İnaşiçu Lula da Silva ilə gömrük rüsumları mövzusunu müzakirə edə biləcəyini istisna etməyib.



AFN.az xəbər verir ki, o, bu barədə Texasda selin nəticələri ilə tanış olmaq üçün gedərkən jurnalistlərə açıqlamasında bildirib. "Əlbəttə, müəyyən bir vaxtda onunla (Lula da Silva ilə – red.) danışa bilərəm, amma indiyə qədər bu barədə heç bir planım yoxdur", - deyə Tramp qeyd edib.



Amerika lideri həmçinin, Braziliya hakimiyyətinin, keçmiş Braziliya prezidenti Jair Bolsonaro ilə son dərəcə ədalətsiz davrandığını və onu çox dürüst bir insan və sərt danışıqlarçı olaraq xarakterizə etdiyini söyləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu