İranın şimalındakı hava limanı beynəlxalq uçuşlara açıldı

İranın şimalında yerləşən Gilan əyalətindəki hava limanının təxminən bir aylıq fasilədən sonra yenidən xarici uçuşlara açıldığı bildirilib.
Gilan Hava Limanının Baş direktoru Möhsün Mir Hüseyni, Gilan şəhərində yerləşən Sərdar Cəngəl Hava Limanının beynəlxalq uçuşları həyata keçirmək üçün zəruri infrastruktur və standartlara sahib olduğunu, ilk beynəlxalq uçuşun isə dünən Bağdada həyata keçirildiyini açıqlayıb.
Hüseyni bildirib ki, Gilan hava limanında xarici uçuşlar normal vəziyyətə qayıdıb.
İranlı rəsminin sözlərinə görə, yaxın vaxtlarda Gilandan Rusiyanın Astraxan şəhərinə də müntəzəm reyslər başlayacaq.