Azərbaycanda 25 min nəfər Coursera platformasından istifadə edib - Mikayıl Cabbarov


Azərbaycanda indiyə qədər 25 minə yaxın vətəndaş "Coursera" platformasından istifadə edib.



AFN.az Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü" adlı tədbirdə bildirib.



Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, ABŞ-ın "Coursera" şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşan "4Sİ Akademiyası" layihəsi bu sahədə mühüm rol oynayır.



"Proqram çərçivəsində azərbaycanlı istifadəçilərin sertifikat alma faizi ötən illə müqayisədə iki dəfə artıb", - deyə nazir qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu