Azərbaycanın sənaye zonalarından ixrac 2 dəfədən çox artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye zonalarından 436 milyon manatlıq məhsul satılıb, bunun isə 191 milyon manatlıq hissəsi ixracın payına düşüb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə satış 76%, ixrac isə 2,4 dəfə artıb.