Mikayıl Cabbarov: Azərbaycanın regionlarında vergi yığımı 21 % artıb


Bu ilin I rübü ərzində Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb.


Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.

"Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur", - nazir qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu