ABŞ-dan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama


“ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir”



Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus mətbuat konfransında azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşlə bağlı sualını cavablandırarkən deyib.



Temmi Bryus bildirib:


“Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda bununla bağlı əlavə məlumatımız yoxdur”, - o deyib.



ABŞ-ın hazırkı administrasiyasının mövqeyinə də toxunulub:


“Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu