ABŞ Rusiya-Ukrayna danışıqlarındakı irəliləyişi dəstəkləyir

AFN.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Prezident Donald Tramp və dövlət katibi Marko Rubio uzun müddətdir ki, Ukrayna münaqişəsinin yeganə real həllinin tərəflər arasında birbaşa dialoq yolu ilə mümkün olduğunu bildiriblər. Biz bu danışıqlarda bu baxımdan irəliləyiş görürük”, – deyə Bryus vurğulayıb.
O bildirib ki, ABŞ danışıqlarda birbaşa iştirak etməsə də, hər iki tərəflə yüksək səviyyəli əlaqələri saxlayır və tərəflərin uğurlu danışıqlar aparmasını, münaqişənin həlli və əsirlərin mübadiləsi istiqamətində atılan addımları alqışlayır.
Diplomat əlavə edib ki, ABŞ Dövlət Departamenti bu ikitərəfli danışıqlarda iştirak etmir.