Dövlət Departamenti: Növbəti məsləhətləşmələr İstanbulda aparılacaq

Rusiya və ABŞ nümayəndə heyətləri aprelin 10-da iki ölkənin İstanbuldakı diplomatik nümayəndəliklərinin işini müzakirə edəcək, siyasət, təhlükəsizlik və Ukrayna ətrafında vəziyyətlə bağlı məsələlər görüşün gündəliyinə daxil edilməyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus növbəti brifinqdə deyib.
"Aprelin 10-da ABŞ və Rusiya nümayəndə heyətləri ikitərəfli missiyalarımızın işinin daha da sabitləşdirilməsində irəliləyişə nail olmaq üçün İstanbulda ikinci dəfə görüşəcəklər. Görüşün gündəmində heç bir siyasi və ya təhlükəsizlik məsələsi yoxdur və Ukrayna tamamilə gündəmdə deyil", - deyə Bryus deyib.
O əlavə edib ki, danışıqlar iki ölkə səfirliklərinin işinə həsr olunub.