Tərəflər Ukraynada, o cümlədən Qara dənizdə atəşkəsə yaxındır - Temmi Bryus

Tərəflər Ukraynada, o cümlədən Qara dənizdə atəşkəsə yaxındırlar və bundan sonra münaqişənin həlli ilə bağlı gələcək məsələlərin müzakirəsinə başlaya biləcəklər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat verib.
“Biz heç vaxt tam atəşkəsə indi olduğumuz qədər yaxın olmamışıq”, - deyən Bryus ABŞ-ın Rusiya və Ukrayna ilə, o cümlədən Qara dənizdə atəşkəs üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.
Bryus əlavə edib ki, Ər-Riyadda tərəflər Qara dənizdə atəşkəs məsələsini müzakirə edirlər, çünki Birləşmiş Ştatlar bu su zonasında dinc ticarət fəaliyyətinin tam bərpasını istəyir. Onun sözlərinə görə, bu mövzuda həm Rusiya, həm də Ukrayna ilə müzakirələr aparılır.
Münaqişənin sona çatmasına gətirib çıxaracaq gələcək sülh sazişindən danışan Bryus deyib ki, hər iki tərəf kompromislərə getməli olacaq.