Hulusi Akar: “Qara dənizdə tapılan minalarla bağlı araşdırma aparılır"


“Qara dənizdə tapılan minaların Ukrayna sahillərindən gəldiyi, yoxsa bunların başqa minalar olduğu araşdırlır”.


“TRT Haber” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

“İşlərimiz davam edir. Minalar müəyyənləşdirildikdən dərhal sonra müdaxilə edilir. Minalarla mübarizə Türkiyə Silahlı Qüvvələrinin yaxşı bildiyi mövzudur. Bu mövzuda peşəkar olduğumuzu hər kəs görüb”, - o bildirib.

Qeyd edək ki, Qara dəniz sahillərində son üç gündə 2 mina tapılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu